10 Dekabr 2017 00:12
572

Zaqatala rayonunda maşın qaçıran şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Zaqatala rayon sakini Nəriman İsayev ona məxsus “VAZ-2106” markalı minik avtomobilinin oğurlanması barədə Zaqatala rayon polis şöbəsinə ərizə ilə müraciət edib.

Aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində Nəriman İsayevə məxsus maşını dekabrın 7-dən 8-ə keçən gecə elə onun yerlisi Elnur Novruzovun qaçırdığı məlum olub. Tədbir nəticəsində o, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov