Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu tədbirlər həyata keçirilib və nəticədə 7 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əldə edilən məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yevlax rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax sakini, əvvəllər məhkum olunmuş Nəsimi Babayevin yaşadığı evə baxış keçirilib və oradan ümumi çəkisi 5 kiloqram 62 qram olan marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Füzuli rayon sakini Əfsər Suanverdiyevdən 1 kiloqram 610 qram marixuana aşkar edilərək götürülüb.