Şabran rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com-un məlumatına görə, dekabrın 10-da, axşam saatlarında Roman Dəmirov qarnından aldığı xəsarətlə Şabran rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Yaralı əməliyyat olunub, vəziyyətinin ağır olduğu bildirilir.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən şəxsin kimliyi müəyyən olunub. Rayon sakini Vilayət Məmmədov səhər saatlarında tutularaq polis şöbəsinə gətirilib.
O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib.
Faktla bağlı Şabran rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.