Bakının Sabunçu rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisənin baş verdiyi ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü M.A.Xanağa qızı qonşuluqda yaşayan şəxslə həyat yoldaşına xəyanət edib.
Bunu bilən qayınatası gəlinini qoşalülə tüfəngi ilə başından güllələyərək qətlə yetirib. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. (report)