13 Dekabr 2017 19:46
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazalardan birində satıcı işləyən Vahid Quliyev naməlum maskalının hücumuna məruz qalıb.

Həmin şəxs bıçaqla Vahid Quliyevi hədələyib, ondan 400 manat pul alıb. Zərərçəkmiş quldurluq hadisəsi ilə bağlı 37-ci polis bölməsinə məlumat verib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Şahin Bədəlov saxlanılıb.

Şahin Bədəlov əvvəllər məhkum olunub. Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov