14 Dekabr 2017 14:45
2 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Korrupsiya cinayətlərində ittiham olunan Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib.

Bu barədə Teleqraf.com-a Ali Məhkəmədən bildirilib.

Məlumata görə, Otqay Rüstəmovun şikayəti hakim Əli Seyfəliyevin ictaarına verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alan Oqtay Rüstəmov bəraət hökmünün çıxarılmasını istəyib. O, həmçinin özünün və ailə üzvlərinin adına olan mülklərin üzərinə qoyulmuş həbsin götürülməsini tələb edib.

Məhkəmədən həmçinin bildiriblər ki, təqsirləndirilən şəxslər Vidadi Zeynalov və Beytulla Hüseynovun da şikayəti hakim Əli Seyfəliyevin icraata qəbul edilib.

Digər təqsirləndirilən şəxslərin də şikayəti qəbul ediləndən sonra məhkəmə şikayətlərə baxılma barədə günü müəyyən edəcək.

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 2015-ci il noyabr ayının 6-da ibtidai istintaqa daxil olmuş məktubda qeyd olunur ki, Oqtay Rüstəmovun adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayaış massivi, 45 a saylı fərdi yaşayış evi, Rüstəmov Əli Oqtay oğlunun adına Xəzər rayonu, Türkan qəsəbəsi, Dübəndi bağ sahəsi “Elektroştamp” b/y-nin 24 saylı bağ evi, Rüstəmova Aliyə Oqtay qızının adına Səbail rayonu, İqor Ağayev küçəsi, 5 saylı evin, 30 saylı mənzili, Rüstəmova Validə Maşalla qızının adına Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 2 saylı evin, 41 saylı mənzili, Xaçmaz rayonu, Aşağıoba kəndində torpaq sahəsi və Rüstəmov Rüstəm Oqtay oğlunun adına Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 45 saylı ev olması müəyyən edilib.

Binəqədi Rayon Məhkəməsində 2015-ci il il noyabr ayının 10-da çıxarılmış qərarla Oqtay Rüstəmova və ailə üzvlərinə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayaış massivi, 45 a saylı fərdi yaşayış evi, Xəzər rayonu, Türkan qəsəbəsi, Dübəndi bağ sahəsi “Elektroştamp” b/y-nin 24 saylı bağ evi, Səbail rayonu, İqor Ağayev küçəsi, 5 saylı evin 30 saylı mənzili, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 2 saylı evin 41 saylı mənzili, Xaçmaz rayonu, Aşağıoba kəndində torpaq sahəsi və Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 45 saylı evin üzərlərinə həbs qoyulub.

Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və onun ailə üzvləri də Ali Məhkəməyə şikayət verib. Bu iş də hakim Əli Seyfəliyevin icraatındadır.

Vidadi Zeynalovun qohumları Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti veriblər. Onlar əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini tələb ediblər. Qeyd edilib ki, Vidadi Zeynalovun baba evi, yəni 1923-cü ildə alınmış mənzil hələ də həbsdən azad edilməyib. Vidadi Zeynalov öz cəzası ilə bağlı heç bir şikayət verməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən onun cəzası 4 ilə endirilib.

13 il müddətinə azadlıqdan məhrum edilən Beytulla Hüseynov Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 7 il 6 aya qədər endirilib. Onun əmlaklarının müsadirə olunması barədə qərar qəbul edilib.

Beytulla Hüseynov məhkəmə dövründə dövlətə vurduğu 10 milyon manatlıq ziyanı tam ödəyib. Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.

Vidadi Zeynalov və Beytulla Hüseynovla birlikdə mühakimə olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov 11 il, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov 10 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev 5 il, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmə əsasən, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyevun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib. Qərara əsasən, Namazalı Məmmədov, Qəmbər Bəybalayev, Anar Mustafayev və Emin Məmmədov şərti cəza verilib, onlara məhkəmə zalından azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər