Daxili İşlər Nazirliyinin əməkdaşları “Sədərək” ticarət mərkəzində əməliyyat keçiriblər.
Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dekabrın 13-də Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində Masallı rayon sakinləri Zöhrab Mirzəyev və Raqif Mirzəyev saxlanılıblar.
Onlardan ümumilikdə 68300 ədəd yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkar edilib.