19 Dekabr 2017 22:47
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Elşən Məlikovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Elşən Məlikovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses dekabrın 22-də davam edəcək.

İttihama görə, hadisə bu il iyulun 13-də Sabunçu rayonunda, Maştağa qəsəbəsi, Tavaylıq adlanan ərazidə baş verib.

1991-ci il təvəllüdlü Mahir Əhmədov və qardaşı, 2000-ci il təvəllüdlü Elxan Əhmədov toydan qayıdan zaman 4 nəfərlə mübahisə edib. Əlbəyaxa dava zamanı Elxan Əhmədov və Mahir Əhmədov bıçaqlanıb.

Qarşı tərəfdən isə iki nəfər yüngül bədən xəsarətləri alıb. Bıçaqlanan şəxslər xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Onların həyatını xilas etmək mümkün olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər