Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, ilkin məlumatlara görə, Gəncə şəhər Məhsəti qəsəbə sakini, 1994-cü il təvəllüdlü Əhmədova Sevinc Telman qızı çalışdığı marketdə keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Çoxsaylı bıçaq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib vəziyyətinin ağır olduğu bildirilir.
Onların bir övlad sahibi olduğu da bildirilir.
Faktla bağlı araşdırma aparılır. (report)