22 Dekabr 2017 13:01
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soloma ləqəbli 39 yaşlı rusiyalı kriminal avtoritet Aleksey Salomatin ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Tula vilayətində baş verib.

Salomatinin döyülməsinə səbəb kimi onun “qanuni oğru” adından məhrum edilməsi ilə bağlı qərarı qəbul etməməsi olub. O, hər yerdə özünü kriminal avtoritet kimi təqdim edirmiş. Bu isə digər avtoritetlərin qəzəbinə tuş gəlib.

Məlumatlara görə, Salomatin 2013-cü ilin avqustunda Türkiyədə “taclandırılıb”. Onun azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) dəstəsinə aid olduğu iddia edilir.


Müəllif: Samir

Oxşar xəbərlər