Ucar rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs rayon sakini Rasim Güləliyevin baş nahiyəsinə küt alətlə xəsarət yetirib.
O, yerə yıxılan Rasim Güləliyevin üzərində olan 20 manat pulunu və mobil telefon götürərək qaçıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Anar İsmayılov saxlanılıb.