25 Dekabr 2017 21:09
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda soyğunçuluq olub.

Teleqraf.com xəbər verir ki, Rayon Polis İdarəsinin 5-ci bölməsinə soyğunçuluq faktı barədə məlumat daxil olub.

Araşdırmalarla dekabrın 20-də saat 2 radələrində Ş.Məmmədova küçəsində yerləşən kompüter oyunları zalında naməlum şəxslərin oranın sahibi, Abşeron rayon sakini Samir Salmanova zor tətbiq edəcəkləri ilə hədələyib və 280 manatını almaları məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə şübhəli bilinənlər müəyyən edilərək saxlanılıb, istintaqa təhvil veriliblər.

Onların Bakı şəhər sakinləri Aqşin Camalov və Emil Qurbanovdur.

İstintaq-əməliyyat tədbirləri aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər