26 Dekabr 2017 17:55
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Tərlan Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2015-ci il oktyabrın 22-də Ağsu şəhərində yaşayan Tərlan Baxşıyev həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə 1980-ci il təvəllüdlü həmyerlisi Rüstəm Osmanovu güllələyərək öldürüb.

Ağsu rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Tərlan Baxşıyev tutulub, hadisəni törədərkən istifadə etdiyi “TOZ-16” markalı tüfəng götürülüb.

Məlum olub ki, Tərlan Baxışov rayon ərazisində dindar kimi tanınıb, hamı ona “Hacı” deyə çağırıb. Tərlan həmyerlisi Rüstəm Osmanovu pul borcu üstündə ölüdürüb.

Rayonda həm də baxıcılıqla məşğul olan Tərlan Baxışov deyib ki, Rüstəmi ona olan pul borcuna görə dava zamanı qətlə yetirib.

Rüstəm Osmanov əvvəllər Tərlanın avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərib, Ağsudan Bakıya sərnişin aparıb-gətirib. Sonra o, avtomobil alaraq öz maşınında taksiçilik edib.

Onların arasında şərik işlətdikləri avtomobilə görə borc pul problemi yaranıb. Telefon danışığı zamanı bir-birlərini təhqir etmələri davaya səbəb olub.

Tərlan Baxışov Rüstəm Osmanovu yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarətlər alan Rüstəm Osmanov hadisə yerində dünyasını dəyişib.

İstintaq orqanı tərəfindən Tərlan Baxışovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan Baxışov 13 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər