28 Dekabr 2017 10:07
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunun Uzuntəpə kəndində qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 1956-cı il təvəllüdlü kənd sakini Rakif Hüseynovun 1999-cu il təvəllüdlü kürəkəni Əvəz Həmzəyevlə mübahisəsi olub.

Mübahisə zamanı Əvəz Həmzəyev qayınatasını bıçaqlayaraq öldürüb.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov