Bakıda dələduzluqda təqsirləndirilən Elxan Şıxalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elxan Şıxalıyevin cinayət məsuliyyətinə cəlb olunma müddəti başa çatdığından barəsində cəza təyin olunmayıb. O, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Elxan Şıxalıyev vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb. O, dələduzluq cinayətini 12 il əvvəl törədib.
Elxan Şıxalıyev vətəndaşların torpaq almaq adı ilə 28 min dollar pulunu ələ keçirib.
Vətəndaşlar 12 il əvvəl hüquq-mühafizə orqanlarına müraciət etsə də, Eıxan Şıxəliyevi tutmaq mümkün olmayıb.
Axtarışda olan Elxan Şıxəliyev ötən il həbs edilib.
İstintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham verilib.