Gəncənin Nizami rayonunda qadının evindən külli miqdarda pul oğurlayan şəxslər tutulub.
Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Kəmalə Seyidovanın evindən 3200 dollar və 30000 manat dəyərində qızıl əşyalar oğurlayan şəxslər müəyyən edilib.
Keçirilən əməliyyat nəticəsində oğurluq cinayəti törədən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elnur Quliyev və Sadiq Əzizov tutulublar.
Hacı Zeynalov