Bakının Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs Bakı şəhər sakini olan bir qadının içərisində 125 manat pul olan çantasını əlindən alıb.
Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Səfərov həbs edilib.