Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon sakini, 2000-ci il təvəllüdlü Rəfiqə Qasımova bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göatərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Məlum olub ki, Rəfiqə Qasımova mübahisə zəminində sevdiyi oğlan tərəfindən bıçaqlanıb.
Bildirilir ki, hadisə qisqancliq zəminində baş verib. Yanvarın 1-də gecə saatlarında Rəfiqə ilə görüşə gələn oğlan onun başqa bir oğlanla danışdığını bilib.
Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətlə nəticələnib.
Faktla bağlı cinayət işi başlanıb.