4 Avqust 2014 12:39
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ağdam şəhər sakini Samir Hacıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini Şamo Azayevi vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər