Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də eyni əməllərinə görə məhkum olunmuş Salyan rayon sakini Elmar Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.
Elmar Rəsulovun üzərinə baxış zamanı ümümi çəkisi 17,763 qram narkotik vasitə olan tiryək götürülüb.
Əməliyyatın davamı olaraq onun yaşadığı evə baxış zamanı ümümi çəkisi 351,833 qram tiryək, ümümi çəkisi 1,378 qram olan heroin və 1 ədəd tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Salyan rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.