4 Avqust 2014 13:29
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisində ağır yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakinləri Xəyal Cavadovun idarə etdiyi “KİA” və Əsgər Səlimovun idarə etdiyi “Saipa” markalı avtomobillər toqquşub. Xəstəxanaya yerləşdirilmiş Ə.Səlimov orada ölüb.

Daha bir yol qəzası paytaxtın Nizami rayonu Q.Qarayev prospektində qeydə alınıb. Gürcüstan vətəndaşı Rza Abbasovun idarə etdiyi “Opel” və Bakı şəhər sakini Təhmiraz Adiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. T.Adiyev hadisə yerində ölüb, sərnişini - həmyerlisi Çəmən İsmayılovaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Saatlı rayonu Bəylik kəndinin ərazisində ölümlə nəticələnən yol qəzası törədilib. Yeni Novruzlu kənd sakini Qurban Zeynalov idarə etdiyi “VAZ-21103” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Mahmud Abbasovu vurub. Xəstəxanaya aparılan piyada yolda ölüb.

Qaradağ rayonu Qobustan qəsəbəsinin ərazisində yol qəzası baş verib. Tərtər şəhər sakini Mehman Göyüşov idarə etdiyi “Ford” markalı avtomobili yolun kənarındakı hasara vurub. Sürücü və sərnişinləri - Tərtər şəhər sakinləri Kazım Səfərov, Samirə Köçərli və onun qızı Nərmin xəstəxanaya yerləşdirilib, K.Səfərov orada ölüb.

Qaradağ rayonu Qobustan qəsəbəsinin ərazisində daha bir yol qəzası baş verib. Bakı şəhər sakini Adil Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülnar Vahidovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Göyçay rayonu Mırtı kəndinin ərazisində ölümə səbəb olan yol qəzası törədilib. Kənd sakini Fərhad Aslanovun idarə etdiyi “VAZ-21011” və Şəkər kənd sakini Azad Şirinovun idarə etdiyi “Naz Lifan” markalı avtomobillər toqquşub. F.Aslanov hadisə yerində ölüb.

Şəmkir rayonu Atabəy kəndinin ərazisində kənd sakini Nüsrət Ələkbərov idarə etdiyi “QAZ-69” markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif: