9 Yanvar 2018 16:36
1 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində qadını öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, ötən il avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini, 1982-ci il təvəllüdlü Sevda Bayramovanın meyiti tapılıb. Sumqayıt şəhər Prokurorluğu və Şəhər Polis İdarəsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəhər sakini Fəttah Nuriyev tərəfindən boğularaq öldürüldüyü müəyyən edilib.

Görülən tədbirlər nəticəsində Fəttah Nuriyev tutulub.

Məlum olub ki, Fəttah Nuriyev 1982-ci il təvəllüdlü Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olub. Sevda Bayramovanın qışqırtı səsinin başqaları tərəfindən eşidilməməsi üçün Fəttah Nuriyev qadının ağız və burnunu əli ilə tutub. Bu zaman qadın boğularaq ölüb. Qatil Sevda Bayramovanın meyitini orada qoyaraq qaçıb.

Məhkəmə baxışının qapalı keçirilməsi qərara alınıb.

Qətlə yetirilən Sevda Bayramova iki uşaq anası olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər