19 Yanvar 2018 11:05
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənimsəmədə təqsirləndirilən Niyal Cabbarovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, Niyal Cabbarov məhkəmə zalında həbs olunub.

İttihama görə, Niyal Cabbarov Bakıda şirkətlərin birində satış meneceri vəzifəsində çalışıb. O, şirkətin 14 min manat pulunu mənimsəməkdə təqsirli bilinib.

İstintaq dövründə Niyal Cabbarovun barəsində həbs qətimkan tədbiri seçilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər