5 Avqust 2014 11:58
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakinindən hədə-qorxu yolu ilə pul tələb edən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Avqustun 2-də Quba rayonu Vəlvələ kəndinin ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Dəyanət Məmmədov Bakı şəhər sakini Habil Hüseynova hədə-qorxu gəlib. O, Habil Hüseynovdan 3000 manatını alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən tutulub.

Qeyd edək ki, Dəyanət Məmmədov uzun müddər Quba rayonunda müxtəlif kütləvi informasiya vasitələrində çalışıb. O, sonradan əvvəllər çalışdığı kanalların adından istifadə edərək reketliklə məşğul olurmuş.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər