5 Avqust 2014 12:25
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda bədbəxt hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Ağcabədi rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Xocavənd kəndində qeydə alınıb. Kənd sakini Hamar Məmmədova yaşadığı evin həyətindəki ağacdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş H.Məmmədova orada ölüb.

Məlumata görə, H.Məmmədova meyvə yıxarkən ağacdan yıxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: