23 Yanvar 2018 18:12
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Qazax rayon Məhkəməsində hakim Ağarza Səmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Gözəl Bayramlının 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Hakimlər müşavirəyə yollanıb, günün sonunda hökm elan ediləcək.

İttihama görə, Gözəl Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.

Özünü şübhəli apardığına görə onun əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

İlkin araşdırmalarla Gözəl Bayramlının 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

Gözəl Bayramlı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.

***

AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində hökm elan edilib.

Teleqraf.com xəbər verir ki, Qazax rayon Məhkəməsinin hökmü ilə Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər