Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1956-cı il təvəllüdlü Alim Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamila Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Alim Süleymanov 5 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il Bakı şəhərində baş verib. Alim Süleymanov baldızı Yeganə İbrahimovanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Məlum olub ki, Alim Süleymanov baldızının əri öldüyü üçün onunla siğə etmək istəyib. O bildirib ki, baldızı pis yola düşməməsi üçün onunla dini qaydada evlənmək istəyib. Bu zaman mübahisə yaranıb, Alim Süleymanov baldızını vurub.