25 Yanvar 2018 15:28
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şahmar Yusibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Şahmar Yusibov 5 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

İttihama görə, hadisə ötən il iyulun 18-də saat 18:00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Yevlax rayon sakini Şahmar Yusubov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən qəsəbə sakini Ələddin Əsgərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Hadisədən sonra saxlanılan Şahmar Yusibovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Şahmar Yusibov milliyyətcə qaraçıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər