5 Avqust 2014 15:55
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda saxta pulla mağazadan ərzaq məhsulları alıblar.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, bu ilin aprelin 16-da Bakı şəhər sakini Sadəddin Saatov 7-ci polis bölməsinə ərizə ilə müraciət edib. O, bildirib ki, həmin gün Bəşir adlı şəxs ona məxsus S.Məmmədova küçəsində yerləşən mağazaya gəlib.

Həmin şəxs mağaza sahibinə 00 manat verib və əvəzində 44 manat dəyərində ərzaq məhsulları və 56 manat qalıq pulu alıb. Həmin şəxs gedəndən sonra mağaza sahibinə məlum olub ki, ona verilən həmin 100 manatlıq saxtadır. Şikayətlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Araşdırmalar zamanı mağaza sahibinə saxta pul verənin Zahid Qarayev olması müəyyən olunub. O, həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər