Sumqayıt şəhərində oğurluq hadisələri törədən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, ötən il dekabrın 7-dən yanvarın 8-dək olan müddətdə şəhər ərazisində 4 avtomobildən akkumulyator və təkər üzlükləri, habelə 1 köşkdən pəncərə çərçivələri oğurlanıb.
Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Ərəstun Dövlətov saxlanılıb.