28 Yanvar 2018 15:54
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində silsilə oğurluqlar törədən mütəşəkkil dəstənin yeni cinayətləri üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisində 7 evdən pul, su mühərriki, 40 metr elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinərək həbs edilən Şirvan Xəlilovun, Rizvan Xəlilovun, Əli Əlizadənin və Akif Əlizadənin ətraflarında istintaq araşdırmaları aparılıb.

Onların ötən il yanvarın 6-dan cari il yanvarın 14-dək olan müddətdə şəhər ərazisindəki 5 bağ evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaları müəyyən edilib.

Qeyd edək ki, mütəşəkkil dəstənin üzvləri Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər