Bakının Suraxanı rayonunda oğurluq baş verib.
Teleqraf.com xəbər verir ki, yanvarın 29-da rayon ərazisindəki evlərin birindən 13500 manat dəyərində qızıl əşyalar oğurlanması barədə 31-ci polis bölməsinə məlumat daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fərhad Sultanov saxlanılıb.
İstintaq araşdırması zamanı onun əvvəllər də məhkum olunduğu üzə çıxıb. Faktla bağlı cinayət işi başlanıb.