6 Avqust 2014 11:38
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. “KamAZ” markalı ayük maşını yolun kənarı ilə gedən piyadanı vurub. Təxminən 30-35 yaşlarında olan kişi hadisə yerində ölüb. Mərhumun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: