6 Avqust 2014 12:33
479

Sumqayıt şəhərində şirkətə məxsus avtomobildən oğurluq edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşları tərəfindən Elvin Alıyev və Qorxmaz İsmayılov tutulub. Onların şəhər sakini İbrahim Muradovla birgə Şahin Quliyevin idarə etdiyi “AzRoşen” MMC-yə məxsus “İsuzi” markalı avtomobildən qaldırıcı qurğu və sənəd və Vasif Dadaşovun mağazasından 280 manat və tütün məmulatı oğurlamaları da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İ.Muradov saxlanılıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...