11 Fevral 2018 17:54
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisində məcburi köçkünlərin məskunlaşdığı binada yaşayan Füzuli rayon sakini, 1982-ci il təvəllüdlü Xəyalə Əhmədova bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, oan tibbi yardım göstərilib.

İlkin məlumata görə, Xəyalə Əhmədovanı həyat yoldaşı bıçaqlayıb.

Bıçaqlanma hadisəsinin baş verməsinə səbəb ailə münaqişəsi zəminində ər-arvad arasında yaranan mübahisə olub.

Bildirilir ki, Xəyalə Əhmədovanın əri hər gün sərxoş vəziyyətdə evə gəlib. Bu da ər-arvad arasında münaqişənin baş verməsinə səbəb olub.

Sonuncu dəfə də evə sərxoş gələn kişi arvadı ilə mübahisə edib. Mübahisə sonda qanlı cinayətin baş verməsi ilə nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər