14 Fevral 2018 21:44
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda quldurluq baş verib.

Teleqraf.com-un məlumatına görə, Dadaş Bünyadzadə küçəsində yaşayan Reyhan Novruzovanın evinə bir nəfər naməlum şəxs girib.

Üzü maskalı olan həmin şəxs qadına bıçaqla hədə-qorxu gəlib, evdən 10 min manatlıq qızıl-zinət əşyaları aparıb.

Zərərçəkmiş baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Cinayəti törədən şəxsin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri keçirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər