Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Suraxanı qəsəbəsində 1961-ci il təvəllüdlü Adil Səfərov bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Məlum olub ki, Adil Səfərov qəsəbə ərazisindəki kafelərdən birində tanışı ilə yeyib-içib. Sərxoş olan tanışlar daha sonra bir-birləri ilə söyüşlə zarafat ediblər.
Onların zarafatı sonradan bir-birlərinə xoş gəlməyib. Buna görə də onların arasında mübahisə yaranıb. Mübhisə zamanı Adil Səfərova tanışı stolun üstündə meyvə soymaq üçün qoyulan bıçaqla xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanııb.