19 Fevral 2018 20:25
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda oğurluq baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazadan 2720 manat pul və mobil telefon oğurlanması barədə 17-ci polis bölməsinə məlumat daxil olub.

Oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Vüsal Səmədov saxlanılıb.

Qaraçı millətinə məxsus olan Vüsal Səmədovun əvvəllər məhkum olunduğu da üzə çıxıb.

Oğurluq əməlinə Beyləqan rayonundan 1 yeniyetməni də cəlb edən Vüsal Səmədov onun köməyindən istifadə edib. Daha sonra puldan yeniyetməyə xərclik verib. Saxlanılan yeniyetmə Vüsal Səmədovun təhriki ilə oğurluğa əl atdığını etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər