7 Avqust 2014 10:21
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda oğurluq edən şəxs həbs edilib.

Abşeron rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, oğurluq hadisəsi rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Cəlil Məmmədquluzadə küçəsi, bina 14, mənzil 12-dən , qızıl üzük, saat və bujiteriya oğurlanıb. Polis oğurluq hadisəsini törədən 19 yaşlı Kamran İsmayılovu həbs edib. Həmin evin sahibi ilə Kamran İsmayılov qohum olublar.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: