Bakıda vətəndaşlara qarşı dələduzluqda təqdirləndirilən İlahə Ziyadovanın cinayət işi üzrə məhkəmə əsi başa çatıb.
Teleqraf.com xğbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəmsində hakim Mahmud Ağalarovun sədrkiyi ilə baş tutan prosesdə hökm ozunub.
İlahə Ziyadova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun himayəsində 4 yaşında azyaşlı övladı olduğundan hökmün icrası uşağın 14 yaşı tamam olanadək təxirə salınıb.
İlahə Ziyadova Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddələri ilə ittiham edilib.
Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri qüvvədə saxlanılıb.
İlahə Ziyadova özəl bağçalardan birinin müdiri olub. Bir neçə ay birlikdə çalışdığı işçiləri ilə indi məhkəmədə üz-üzə qalıb. Buna səbəb İlahə Ziyadovanın işə düzəlmək üçün onlardan pul alması, amma vədinə əməl etməməsi olub.