Ukraynanın Zaparojye vilayətində İnterpolun xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.
Teleqraf.com Ukrayna KİV-nə istinadla xəbər verir ki, bu barədə vilayətin polis idarəsi məlumat yayıb.
Narkotik maddələrin qanunsuz dövriyyəsi sahəsində cinayətlərin törədilməsinə görə axtarışa verilən 54 yaşlı şəxs Melitopol şəhərində tutulub. Onun Ukrayna ərazisində qanunsuz olaraq yaşadığı bildirilir. Cinayətkar barəsində Ukrayna ərazisində yaşama qaydalarını pozduğuna görə inzibati protokol tərtib edilib.
Sözgüedən şəxs fevralın 24-də Azərbaycana təhvil verilib.