Bakının Qaradağ rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12 ünvanında yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova 34 yaşlı oğlu (ad-soyadı açıqlanmır) ilə mübahisə edib.
Nəticədə oğul əvvəlcə anasının başına taxta parçası ilə bir neçə dəfə zərbə endirib, ardınca isə qadını boğub. Zərərçəkmiş digər oğlunun köməkliyi ilə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb. (Report)