Sumqayıt şəhərində bıçaqlanma baş verib.
Teleqraf.com xəbər verir ki, fevralın 25-də şəhər sakinləri Emin Ömər və İbrahim Cəfərov bıçaqlanıb.
Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Coşqun Hüseynov saxlanılıb.
Araşdırmalarla həmin vaxt Coşqun Hüseynovun atası İslamın ayaq nahiyəsinə bıçaqla xəsarət yetirdiyi də müəyyən edilib.