Türkiyədə yaşayan azərbaycanlı aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə iclası davam edib.
Teleqraf.com xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrlik etdiyi prosesdə hər iki tərəfin iddia tələbi dəqiqləşdirilib
Daha sonra tərəflərin nümayəndəsi vəsatət qaldırıb. Onlar linqvistik ekspertiza keçirilməsin tələb ediblər.
Vəsatətlərə növbəti iclasda baxılacaq.
Proses martın 5-də davam edəcək.
Qeyd edək ki, Tunay Əliyeva sosial şəbəkədə Pərvin Abıyevanı dəfələrlə tənqid edib, onunla bağlı müəyyən ifadələr yazıb. O, mətbuata verdiyi açıqlamasında həmkarını “1000 manatlıq fahişə” adlandırıb.
Pərvin Abıyeva isə İnstaqram səhifəsində Tunay Əliyevaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia edib.
Daha sonra hər iki tərəf məhkəməyə müraciət edib.