2 Mart 2018 13:23
1 521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirli bilinən Ramis Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Ramis Əhmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və o, iclas zalında həbs olunub.

İttihama görə, Nərimanov rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin əməkdaşı olmuş Ramis Əhmədov iş yoldaşı Elşən Məmmədovun qayını Pərviz Süleymana qarşı dələduzluq edib.

O, Pərviz Süleymanın 25 min 500 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər