İnşaat-E MMC-nin direktoru Kənan Quliyevin barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara görə, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiirlib. Kənan Quliyevin 10 il azadlıqdan məhrum etmə cəzası 9 ilə endirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Quliyev 10 il azadlıqdan məhrum edilib. O, hökmdən narazı qalaraq apelyasiya şikayəti verib və barəsində həbs olmayan cəza istəyib.
İttihama görə, Kənan Quliyev zərərçəkmiş şəxslər - Şahin Mahmudov, Əbülfəz Abbasov və digər şəxslərlə armatur ticarəti adı ilə ümumilikdə 1 milyon 800 min manatdan çox dələduzluq edib.
Kənan Quliyev bir qrup şəxslə əlbir olaraq, əvvəllər də dələduzluqda ittiham olunub. Bundan əvvəl ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.