Türkiyənin Adana şəhərində narkomaniyaya qarşı əməliyyat keçirən polislərlə narkotacirlər arasında silahlı qarşıdurma olub.
Teleqraf.com xəbər verir ki, atışma zamanı 1 polis güllə yarası alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Narkotacirlər hadisə yerindən qaçıblar. Onların həbs edilməsi üçün hadisə baş verən ünvana giriş-çıxış nəzarətə götürülüb.