Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Şöhrət Qədimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
O, Şöhrət Qədimovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Növbəti proses martın 12-də davam edəcək.
İttihama görə, qətl hadisəsi 2016-cı il dekabrın 7-də Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib.
Quşçuluq sovxozunda yaşayan 30 yaşlı Şöhrət Qədimov qonşusu Şeydə Məmmədovu döyüb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Şöhrət Qədimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) və 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham olunub.