Bakının Sabunçu rayonunda narkotik alverçisi tutulub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Rəşid Zeynalov saxlanılıb.
Onun evindən 3 kiloqram 700 qram marixuana və həyətyanı sahəsindən ümumi çəkisi 13 kiloqram 200 qram olan 4 ədəd çətənə kolu aşkar edilib.
Hacı Zeynalov