Bakının Qaradağ rayonunda oğurluq baş verib.
Teleqraf.com xəbər verir ki, Lökbatan qəsəbəsindəki evlərin birinin həyətindən su qızdırıcısı, təmir-tikinti aləti, 2 ədəd pəncərə və qapı çərçivəsinin oğurlanması barədə 10-cu polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı sakini Vahid Novruzov həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.